Bakı. Trend:
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa ölkələrinin Rusiya ilə siyasi səviyyədə danışıqları bərpa etməli olduğunu bildirib.
O bu barədə “Bild” qəzetinə müsahibəsində danışıb.
Aleksandr Stubb deyib ki, Avropa ölkələri Rusiya ilə əlaqə saxlamağa çalışmalıdır. "Avropada kimsə Rusiya ilə dialoqu yeniləməlidir. Biz bir-birimizlə siyasi səviyyədə danışmalıyıq", - deyə o vurğulayıb.
Finlandiya Prezidenti Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin Moskvaya səfərini də alqışlayıb. O, eyni zamanda, amerikalıların və rusların müxtəlif formatlarda əlaqə saxlamalarını düzgün hesab edib.