Bakı. Trend:
"Lester"in keçmiş hücumçusu Ceymi Vardi karyerasında yeni sahədə özünü sınayacaq. Onun "Jamie Vardy’s Having a Party" adlı YouTube kanalı 2026/27 mövsümündə Böyük Britaniya və İrlandiyada Bundesliqanın yeddi matçını canlı yayımlamaq hüququ əldə edib.
Bu barədə "The Athletic" məlumat yayıb.
İlk oyun dünən "Bavariya" ilə "Ştutqart" arasında keçirilib. Yeddi oyunun hamısı cümə günləri yayımlanacaq. Vardi matçları qonaqlarla birlikdə şərh edəcək. Yayım formatında futbol izləməklə yanaşı, Almaniya çempionatında baş verən əsas hadisələrin müzakirəsi və onun podkastında müxtəlif məzmunlar da təqdim olunacaq.
39 yaşlı ingilis üçün bu, media sahəsində karyerasının yeni mərhələsi olacaq. Bununla belə, Vardi futbolçu karyerasını hələ başa vurmayıb və hazırda azad agentdir. O, ötən mövsüm İtaliyada "Kremoneze"də çıxış edib. Vardi klubun heyətində 29 oyuna çıxıb, 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Xatırladaq ki, Vardi "Lester"in tarixində əsas simalardan biridir. O, 2015/16 mövsümündə klubla birlikdə İngiltərə çempionu olub.
