"SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər açıqlandı

Energetika Materials 28 Avqust 2026 14:35 (UTC +04:00)
"SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

“SOCAR Polymer”in 2026-cı ilin yanvar-iyul ayları üzrə ixrac gəlirləri açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust buraxılışında dərc olunan “İxrac icmalı”na əsasən, bu ilin yanvar-iyul aylarında "SOCAR Polymer"in ixrac gəlirləri 154,4 milyon ABŞ dolları təşkil edib.

Trend-in buraxılışdakı məlumatlar əsasında apardığı hesablamalara görə, bu göstərici 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə təqribən 3,5 milyon ABŞ dolları və ya 2,2 faiz azdır.

Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “SOCAR-CAPE” MMC yer alır.

Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransının kuluarlarında Trend-ə eksklüziv müsahibəsində bildirib ki, şirkət beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirməyə davam edir və istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələr həyata keçirir.

"SOCAR öz aktivlərinin ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın səmərəliliyinin artırılması, həmçinin məhsullarının ixrac imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə investisiya yatırmağa davam edir", – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti