Mark Karni Trampın Ontario gölünün adının dəyişdirilməsi qərarını şərh edib

Dünya xəbərləri Materials 28 Avqust 2026 04:53 (UTC +04:00)
Mark Karni Trampın Ontario gölünün adının dəyişdirilməsi qərarını şərh edib

Bakı. Trend:

Ontario gölünün adı dəyişdirilməyəcək.

Bunu Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın gölün adının “Amerika gölü” kimi dəyişdirilməsi barədə qərarına münasibət bildirərkən “X” sosial şəbəkəsində yazıb.

Karni qeyd edib ki, “Ontario” adı artıq 400 ildən çoxdur istifadə olunur və bu ad həm Kanada Konfederasiyasının yaradılmasından, həm də ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsindən daha qədimdir.

Kanada hökumətinin başçısı ABŞ-da son dövrlərdə baş verən dəyişikliklərə də diqqət çəkib.

“ABŞ dəyişir. Ölkənin ticarət münasibətləri, xarici siyasəti, milli abidələri və coğrafi adları dəyişdirilir”, – Karni bildirib.

O vurğulayıb ki, kanadalılar hər şeyi öz adı ilə adlandırmağın tərəfdarıdır və bu gölün adı da Ontario gölü olaraq qalacaq.

“Belə olub, belədir və həmişə belə olacaq”, – Kanada Baş naziri əlavə edib.

Xəbər lenti

Xəbər lenti