Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Cəmiyyət Materials 26 Avqust 2026 15:37 (UTC +04:00)
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və bölgələrdə küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, avqustun 27-30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

"Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək", - deyə qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti