Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Cəmiyyət Materials 25 Avqust 2026 13:22 (UTC +04:00)
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, əlavə qatar reysləri sentyabrın 5, 6, 12 və 13-də həyata keçiriləcək.

Qeyd olunub ki, Bakı–Ağstafa–Bakı, eləcə də Bakı–Qazax–Bakı marşrutları üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də təşkil olunur.

Sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti