ABŞ-da "Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb

Dünya xəbərləri Materials 26 Avqust 2026 08:50 (UTC +04:00)
ABŞ-da "Black Hawk" hərbi helikopteri qəzaya uğrayıb

Bakı. Trend:

ABŞ-nin Kentukki ştatının Fort Kempbell bazasında yerləşən ABŞ ordusuna məxsus “Black Hawk” helikopteri Koloradoda meşəlik əraziyə düşüb.

Bu barədə “CBS News” məlumat yayıb.

Helikopterdə dörd nəfər olub və heç kim xəsarət almayıb.

Ordu sözçüsü hadisəni təlim əməliyyatı zamanı baş verən "aviasiya hadisəsi" kimi təsvir edib. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Avqustun 13-də ABŞ ordusuna məxsus “AH-64 Apache” hücum helikopterinin Texas ştatının Salado şəhərində qəzaya uğradığı bildirilmişdi.

İyun ayında isə ABŞ Sahil Mühafizəsinin helikopteri Alyaskada qəzaya uğramışdı.

Xəbər lenti

Xəbər lenti