"Çelsi" 23 yaşlı futbolçunun transferindən 45 milyon funt-sterlinq qazanacaq

İdman Materials 26 Avqust 2026 03:18 (UTC +04:00)
"Çelsi" 23 yaşlı futbolçunun transferindən 45 milyon funt-sterlinq qazanacaq

Bakı. Trend:

"Nottinqem Forest" Liam Delapı "Çelsi"dən transfer edəcək.

Klublar 23 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər. “Çelsi” Delap üçün təxminən 45 milyon funt-sterlinq əldə edəcək. Bu transfer “Nottingem Forest”in tarixində rekord transfer olacaq. Futbolçunun yaxın 24 saat ərzində tibbi müayinədən keçməsi gözlənilir.

İnsayder Fabritsio Romano da klublar arasında şifahi razılığın əldə olunduğunu təsdiqləyib. Delap baş məşqçi Oliver Qlasnerlə söhbətdən sonra “Nottingem Forest”i seçib.

Delap 2025/26 mövsümündə “Çelsi”nin heyətində Premyer Liqada 28 oyunda 1 qol vurub və 4 sarı vərəqə alıb. O, London klubuna ötən yay “İpsviç”dən 30 milyon funt-sterlinqə transfer olunmuşdu.

Xəbər lenti

Xəbər lenti