Buxara. Trend:
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Özbəkistanın paytaxtı Daşkənd şəhərindən Buxara şəhərinə gəliblər.
Trend-in xüsusi müxbiri xəbər verir ki, Buxara Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və Birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
