Daşkənd, 23 avqust, Trend:
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
Trend-in xüsusi müxbiri xəbər verir ki, Prezident Şavkat Mirziyoyev ali dərəcəli “Dostluq” ordenini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Özbəkistanın dövlət başçısına təqdim etdi.
