Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər (VİDEO)

Siyasət Materials 23 Avqust 2026 13:47 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər (VİDEO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd, 23 avqust, Trend:

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.

Xəbər lenti

Xəbər lenti