Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 23 Avqust 2026 14:57 (UTC +04:00)
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub (FOTO) (YENİLƏNİB)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd, 23 avqust, Trend:

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşıladı.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti