"Barselona" Almaniya millisinin hücumçusunu transfer etmək istəyir

İdman Materials 24 Avqust 2026 03:37 (UTC +04:00)
"Barselona" Almaniya millisinin hücumçusunu transfer etmək istəyir

Bakı. Trend:

"Brügge"nin hücumçusu Nikolo Tresoldi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

"Barselona" almaniyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Baş məşqçi Hans Flik rəhbərlikdən Tresoldinin transferini istəyib. Belçika klubu 22 yaşlı forvardı 40-50 milyon avro qarşılığında satmağa hazırdır.

Qeyd edək ki, "Brügge" Nikolo Trisoldini 2025-ci ilin yayında "Hannover"dən 7,5 milyon avroya transfer edib. Almaniya U-21 millisinin üzvü Belçika təmsilçisinin heyətində meydana çıxdığı 61 rəsmi matçda 26 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti