“Ədalət” partiyası Qurultay seçkilərində səslərin çoxunu toplayıb

Siyasət Materials 24 Avqust 2026 09:55 (UTC +04:00)
“Ədalət” partiyası Qurultay seçkilərində səslərin çoxunu toplayıb
Алена Павленко
Алена Павленко
Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə əsasən, “Ədalət” partiyası Qurultay seçkilərində seçicilərin səslərinin çoxunu toplayıb.

Bu barədə Trend-in xüsusi müxbiri məlumat verib.

İlkin məlumatlara görə, “Ədalət” partiyasına 6 528 948 seçici səs verib ki, bu da səsvermədə iştirak edənlərin ümumi sayının 71,17 faizini təşkil edir.

Digər partiyaların nəticələri:

  • “Аuıl” partiyası – 574 621 səs (6,26 faiz);
  • “Respublika” partiyası – 509 631 səs (5,56 faiz);
  • Qazaxıstan Demokratik Partiyası “Aq Jol” – 478 083 səs (5,21 faiz);
  • Ümumxalq Sosial-Demokrat Partiyası – 469 058 səs (5,11 faiz);
  • Qazaxıstan Xalq Partiyası – 285 395 səs (3,11 faiz);
  • “Baytak” Yaşıllar Partiyası – 97 751 səs (1,07 faiz).

Ümumilikdə seçici siyahılarına 12 623 289 vətəndaş daxil edilib. Səsvermədə 9 351 539 seçici iştirak edib.

Beləliklə, ilkin seçici fəallığı 74,08 faiz təşkil edib.

Seçkilərin yekun nəticələri Qazaxıstan qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən ediləcək.

Xatırladaq ki, avqustun 23-də Qazaxıstanda yeni birpalatalı parlament – Qurultaya seçkilər keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti