Tramp İrlandiyaya səfər edəcək

Dünya xəbərləri Materials 24 Avqust 2026 04:24 (UTC +04:00)
Tramp İrlandiyaya səfər edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp sentyabr ayında İrlandiyaya rəsmi səfər etməyi planlaşdırır.

Bu barədə “The New York Post” qəzeti məlumat yayıb. Səfər zamanı Amerika lideri özünə məxsus qolf meydançasında keçiriləcək İrlandiya Açıq Qolf Turnirinə qatılacaq. Nəşrin məlumatına görə, onun İrlandiyaya səfəri yarışın son iki gününə — 12 və 13 sentyabr tarixlərinə təyin olunub. Qeyd olunur ki, Tramp prezident qismində sonuncu dəfə bu qolf klubuna 2019-cu ildə baş çəkib.

Xəbər lenti

Xəbər lenti