"Stablecoin"lər ənənəvi bank sistemini tamamlaya bilər – "Anchorage Digital"

İqtisadiyyat Materials 24 Avqust 2026 12:00 (UTC +04:00)
"Stablecoin"lər ənənəvi bank sistemini tamamlaya bilər – "Anchorage Digital"
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Daşkənd. Trend:

"Stablecoin"lər və ənənəvi korrespondent bankçılıq sistemi bir-birini istisna edən texnologiyalar deyil. Onlardan beynəlxalq ödənişlərin sürətini və effektivliyini artırmaq üçün birlikdə istifadə etmək mümkündür.

Trend-in Daşkənddən olan xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə "Silk Road Finance & Technology Forum" çərçivəsində çıxış edən "Anchorage Digital" şirkətinin stablecoin əsaslı həllər üzrə qlobal rəhbəri Serxio Mello bildirib.

Onun sözlərinə görə, "Anchorage Digital" xarici korrespondent banklara ənənəvi korrespondent hesablarla yanaşı "stablecoin"lərdən də istifadə etməyə imkan verən həllər hazırlayır.

“"Stablecoin"lər və korrespondent bankçılıq spektrin əks tərəflərində yerləşən sistemlər deyil. Əslində biz "Stablecoin Correspondent Banking" adlı məhsul təqdim edirik. Bu məhsul xarici korrespondent banklara öz korrespondent hesablarını həm "stablecoin"lərlə, həm də ənənəvi maliyyə vasitələri ilə doldurmağa və hər iki sistemin üstünlüklərindən yararlanmağa imkan verir”, – deyə Mello bildirib.

O qeyd edib ki, belə yanaşma banklara ABŞ-dan kənarda dollar hesablaşmaları üçün ənənəvi bank infrastrukturundan istifadə etməyə, eyni zamanda stablecoin-lərin əməliyyatların daha sürətli həyata keçirilməsi baxımından üstünlüklərindən yararlanmağa imkan verir.

Mellonun sözlərinə görə, "stablecoin"lər likvidlik problemlərinin həlli və xəzinədarlıq əməliyyatlarının sürətləndirilməsi üçün də istifadə edilə bilər.

O, nümunə kimi "Anchorage Digital" şirkətinin "Western Union" və onun bank şəbəkəsində iştirak edən banklarla əməkdaşlığını göstərib.

Mellonun sözlərinə görə, müvafiq həllərdən istifadə ödənişlərin real vaxt rejimində həyata keçirilməsinə imkan verir ki, bu da daha ənənəvi infrastruktur vasitəsilə mümkün deyildi.

“Bu o demək deyil ki, "Western Union" artıq dünya üzrə banklarla əməkdaşlıq etmir. Əslində bizim "Western Union" və bank şəbəkəmizin iştirakçıları ilə birlikdə gördüyümüz iş sutkanın 24 saatı real vaxt rejimində ödənişlərin həyata keçirilməsinə kömək etməkdir. Köhnə sistem vasitəsilə bunu etmək mümkün deyildi”, – deyə o vurğulayıb.

Mello qeyd edib ki, maliyyə texnologiyalarının inkişafına ənənəvi bank sisteminə alternativ kimi baxmaq düzgün deyil.

“Bu məsələyə texnologiyalar və inkişaf arasında qarşılıqlı istisna yaradan seçim kimi deyil, texnologiyaların və inkişafın birləşməsi kimi yanaşmağı tövsiyə edərdim”, – deyə o yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti