Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,99 ABŞ dolları və ya 2,05% ucuzlaşaraq 95,13 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,08 dollar və ya 2,22% ucuzlaşaraq 9,62 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,88 dollar və ya 2,67% azalaraq 68,41 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,83 dollar və ya 1,94% azalaraq 92,60 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta
qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, xam neft çərşənbə axşamı bir
barel üçün 85 dollardan yuxarı səviyyədə sabit qalıb. Bildirilib
ki, bu, əvvəlki sessiyada qeydə alınan enişdən sonra baş verib.
Vurğulanıb ki, buna ABŞ-nin İrana və onunla ticarət edən ölkələrə
qarşı iqtisadi təzyiqi gücləndirməsi, Çinin də bu tədbirlərdən
istisna olunmayacağına dair məlumatlar təsir edib.
"ABŞ-nin maliyyə naziri Skott Bessent İranla əməkdaşlığı davam etdirən ölkələrə qarşı sanksiyalar tətbiq etməklə İslam Respublikasını təcrid etmək planlarının olduğunu açıqlayıb. Prezident Donald Tramp isə həmin ölkələrə Tehranla əlaqələri kəsmək üçün konkret müddət veriləcəyini, əks halda ABŞ-nin birtərəfli sanksiyaları ilə üzləşəcəklərini bildirib.
Bununla belə, bazarlarda ABŞ-nin tədbirlərinin ABŞ-İran
münaqişəsinin mümkün həllini sürətləndirəcəyi, yoxsa əksinə,
gecikdirəcəyi və Hörmüz boğazının tam açılmasını ləngidəcəyi ilə
bağlı qeyri-müəyyənlik qalır.
Bu arada Yaxın Şərqdə enerji axınları üçün risklər yüksək olaraq
qalır. Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Oman yaxınlığında neft
tankerinin vurularaq hərəkətsiz vəziyyətə düşdüyünü bildirib.
İranın dəstəklədiyi husilər isə Qırmızı dənizdə hərəkət edən
Səudiyyə Ərəbistanına məxsus supertankeri atəşə tutduqlarını
açıqlayıblar", - məlumatda qeyd edilib.
