Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib (FOTO)

İqtisadiyyat Materials 25 Avqust 2026 17:13 (UTC +04:00)
Azərbaycanın maliyyə texnologiyaları təcrübəsi Daşkənddə təqdim edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nda təmsil olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən “İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu”nun spikerlərindən biri olub.

Vüsal Xəlilov “Sərhədlərin tənzimlənməsi – süni intellekt və tokenləşdirmə” mövzusunda keçirilən müzakirə panelində çıxışı zamanı maliyyə sektorunda sürətlə inkişaf edən texnologiyaların yaratdığı yeni imkanlar və çağırışlar, tənzimləyici yanaşmaların müasir texnoloji trendlərə uyğunlaşdırılması, həmçinin süni intellekt və tokenləşdirmənin maliyyə xidmətlərinin gələcəyinə təsiri barədə fikirlərini bölüşüb.

O, Azərbaycanda maliyyə texnologiyalarının təşviqi, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və yeni innovasiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti