Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Hadisə Materials 24 Avqust 2026 21:20 (UTC +04:00)
Bərdədə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdə rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Bərdə-Ağdam avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayonunun Zümürxan kənd sakinləri – 1957-ci il təvəllüdlü Nəbiyeva Nərgiz Mahmud qızı və 1978-ci il təvəllüdlü Xidaverdiyev Zaur Zabil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti