Beyləqanda ağır yol qəzası: minik avtomobilinin sürücüsü ölüb

Hadisə Materials 24 Avqust 2026 21:59 (UTC +04:00)
Beyləqanda ağır yol qəzası: minik avtomobilinin sürücüsü ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Bakı–Beyləqan avtomobil yolunun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, “MAN” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Toqquşma zamanı “Hyundai”in sürücüsü, 1978-ci il təvəllüdlü Əlzamin Saday oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma başlanılıb.

Xəbər lenti

Xəbər lenti