Kanada ABŞ-nin 50 faizlik tarif tətbiq etməsinə cavab verəcək

Dünya xəbərləri Materials 26 Avqust 2026 06:48 (UTC +04:00)
Kanada ABŞ-nin 50 faizlik tarif tətbiq etməsinə cavab verəcək

Bakı. Trend:

ABŞ qonşu ölkədən gələn avtomobillərə və avtomobil hissələrinə 50 faizlik tarif tətbiq edərsə, Kanada hökuməti cavab tədbirləri görəcək.

Bu barədə Kanadanın sənaye naziri Melani Coli Ottavada keçirilən mətbuat konfransında bildirib.

"ABŞ-nin Kanada nəqliyyat vasitələrinə 50 faiz tarif tətbiq etmək təhdidləri ilə bağlı “Ford Canada”, “Honda Canada” və “Toyota Canada”nın rəhbərləri ilə əlaqə saxlamışam. Əlbəttə ki, biz cavab tədbirləri görəcəyik", - deyə o qeyd edib.

Mətbuat konfransında Kanadanın gələn aydan etibarən təxminən 28 milyard dollarlıq Amerika idxalına tarif tətbiq edəcəyi açıqlanıb. Bu tariflər polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, sellüloz, kağız və elektronika kimi sektorlara təsir edəcək. Bundan əlavə, Ottava rəsmiləri tariflərdən təsirlənən Kanada işçilərini və müəssisələrini dəstəkləmək üçün 7,5 milyard dollar ayıracaqlarını açıqlayıblar.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Kanada avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına gələn il yanvarın 1-dən etibarən 50 faiz tarif tətbiq etməyi planlaşdırdığını açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti