Sentyabrda hərraca 5 səhmdar cəmiyyətinin səhmləri, 82 avtomobil və gəmi çıxarılır

Cəmiyyət Materials 26 Avqust 2026 15:34 (UTC +04:00)
Sentyabrda hərraca 5 səhmdar cəmiyyətinin səhmləri, 82 avtomobil və gəmi çıxarılır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 1, 8 və 15 sentyabr tarixlərində keçiriləcək hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 1 gəmi və 82 avtomobil çıxarılıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-də keçiriləcək hərraca 28 nəqliyyat vasitəsi çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 2005-2019-cu illəri əhatə edir.

Sentyabrın 8-də keçiriləcək hərraca 5 səhmdar cəmiyyətinin səhm paketi və 17 nəqliyyat vasitəsi çıxarılıb. İştirak edəcək şəxslər xidmət, yeyinti və metallurgiya sənaye sahələri üzrə səhmdar cəmiyyətlərinin səhmlərini özəlləşdirə bilərlər. Bunlar “Salyan Kəndkimya”, “Xosrov Metal Plastmas”, “Lerik Kəndkimya”, “Yevlax Kəndnəqliyyat” və “Əli Bayramlı Konserv” açıq səhmdar cəmiyyətləridir. Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 68.807 manatla 837.777 manat arasında dəyişir.

Sentyabrın 15-də keçiriləcək hərraca 38 nəqliyyat vasitəsi çıxarılıb. Bunlardan biri "Point Brower D" markalı gəmidir.

Hərraca çıxarılan əmlakların siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti