Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Avqust 2026 15:49 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti fərdi qəbulu keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə vətəndaşların növbəti fərdi qəbulunu keçirib.

Qəbul zamanı vətəndaşlar məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi, elektrik təsərrüfatının yenilənməsi və ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı müraciətlərini səsləndiriblər.

Rayon rəhbəri hər bir müraciəti fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti