Bakı. Trend:
Bakı Fond Birjası (BFB) regional bazarlara çıxış imkanlarını genişləndirmək məqsədilə "Tabadul" platforması üzrə texniki inteqrasiya və test proseslərini davam etdirir.
Bunu “Bakı Fond Birjası” QSC (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov Trend-in müxbirinin sualına cavabında deyib.
O bildirib ki, layihə çərçivəsində Azərbaycanın yerli broker
şirkətlərinin "Tabadul" üzərindən tərəfdaş ölkələrin birja
bazarlarına birbaşa qoşulması mexanizmi sınaqdan keçirilir.
BFB nümayəndəsinin sözlərinə görə, layihə üzrə baza testlərinin
ilin sonunadək tam yekunlaşdırılması planlaşdırılır.
"Növbəti ilin əvvəlində isə ilk rəsmi ticarət əməliyyatının ("Go Live") həyata keçirilməsi hədəflənir. Eyni zamanda layihənin tam gücü ilə fəaliyyət göstərməsi və distansion (remote) brokerlik mexanizmlərinin icrası üçün qanunvericilik bazasında müvafiq uyğunlaşdırma işlərinin aparılması nəzərdə tutulur", - o qeyd edib.
