“Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib

İdman Materials 27 Avqust 2026 23:55 (UTC +04:00)
“Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib

Bakı. Trend:

Transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib.

Klubdan verilən məlumata görə, almaniyalı hücumameyilli yarımmüdafiəçi Reda Xadranın transferi ilə bağlı Fransanın “Reyms” klubu ilə danışıqlar uğurla yekunlaşıb.

Vingerlə 2+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.

25 yaşlı futbolçu “Borussiya Dortmund”un yetirməsidir. 2021-ci ildə bu klubdan “Brayton”a keçən Xadra “Birmingem”, “Seffild Yunayted” və “Blekbern”də də forma geyinib. “Reyms”ə 2023-cü ildə transfer olunan oyunçu “Havr”da da çıxış edib. O, Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Reda Xadra yay transfer pəncərəsində “Qarabağ”ın 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.

Xəbər lenti

Xəbər lenti