Ermənistanda Robert Köçəryanın həbs edilməsi məsələsi ilə bağlı məhkəmə iclası başlayıb

Dünya xəbərləri Materials 26 Avqust 2026 22:27 (UTC +04:00)
Ermənistanda Robert Köçəryanın həbs edilməsi məsələsi ilə bağlı məhkəmə iclası başlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi respublikanın keçmiş prezidenti, müxalifətçi “Ermənistan” blokunun lideri Robert Köçəryanın həbs edilməsi ilə bağlı Baş Prokurorluğun vəsatətinə baxmağa başlayıb. Bu barədə TASS-ın müxbiri məlumat verir.

Məhkəmə binasının qarşısına keçmiş prezidentin tərəfdarları, o cümlədən müxalifətdəki “Ermənistan” və “Güclü Ermənistan” fraksiyalarının deputatları toplaşıblar. “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan bildirib ki, hakimiyyət, xüsusilə baş nazir Nikol Paşinyan hakimlərə ciddi təzyiq göstərir.

“Ədalətli qərar çıxarması üçün hakimə çoxsaylı çağırışlar edilir. Bu hakim də Ermənistanın istənilən vətəndaşı kimi Nikol Paşinyanın aqressiv ritorikasını, onun ‘o, həbsxanaya getməlidir’ kimi göstərişlərini eşidir. Hətta hakim vicdanlı insan olsa və ədalətli qərar çıxarmaq istəsə belə, bu cür təzyiqə tab gətirə bilməz”, - deyə o xəbərdarlıq edib.

Avqustun 25-də Ermənistan Baş Prokurorluğu keçmiş prezident Robert Köçəryan barəsində cinayət işi açıldığını bildirib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və vəsaitlərin yuyulması ittihamları irəli sürülüb.

İşdə Köçəryanın prezidentliyi dövründə müdafiə naziri olmuş keçmiş prezident Serj Sarkisyanın da adı keçir.

Xəbər lenti

Xəbər lenti