Bakı. Trend:
Aparılan təmir işləri ilə əlaqədar Xətai rayonunun Rövşən Əliyev küçəsinin bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti 26 avqust saat 22:00-dan 28 avqust saat 22:00-dək müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
"Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda bildirilib.
