Bill Qeyts süni intellektə vergi tətbiqini və insanlar üçün nəzərdə tutulan iş yerlərinin müəyyənləşdirilməsini təklif edib

Dünya xəbərləri Xəbər 26 Avqust 2026 21:06 (UTC +04:00)
Bill Qeyts süni intellektə vergi tətbiqini və insanlar üçün nəzərdə tutulan iş yerlərinin müəyyənləşdirilməsini təklif edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bill Gates süni intellektin yaratdığı dəyişikliklərin müşayiət olunmasının vacibliyini vurğulayıb.

O, süni intellektə vergi tətbiq edilməsini, beynəlxalq qurum yaradılmasını və insanlar üçün nəzərdə tutulan iş yerlərinin müəyyənləşdirilməsini təklif edib.

“İnsanlara pis xəbərlər çatdırmağı və ya innovasiyanın ümumilikdə mənfi nəticələrə səbəb ola biləcəyini söyləməyi sevmirəm, amma gəlib çatdığımız vəziyyət budur”, - deyə 70 yaşlı Qeyts "New York Times" qəzetinə bildirib.

O, texnologiyanın cəmiyyətlərimizə təsirlərini tənzimləmək üçün “dünyanın bir plana ehtiyacı olduğunu” bildirib.

Bill Qeyts həmçinin süni intellektin əmək bazarına təsirini məhdudlaşdırmaq, eləcə də bəzi peşələrin insanlarla ünsiyyət və münasibət aspektini qorumaq üçün müəyyən iş yerlərinin insanlar üçün saxlanılmasını təklif edir.

Hazırda vaxtının böyük hissəsini rəhbəri olduğu fonda həsr edən Qeyts hesab edir ki, “lazımi tədbirlər görülməsə, nəticədə bu günlə müqayisədə xeyli az iş yeri olacaq”. Milyarder bununla əlaqədar əmək gəlirlərindən əldə olunan vergi daxilolmalarının azalacağını proqnozlaşdırır və bunu kompensasiya etmək üçün süni intellekt tərəfindən yaradılan məzmuna, eləcə də robotlara vergi tətbiq edilməsini təklif edir. Bill Qeyts izah edir ki, vergi yalnız fiskal baxımdan deyil, həm də “avtomatlaşdırılmış əməyə doğru qaçışı bir qədər ləngidər və təlimə, eləcə də sosial müdafiənin gücləndirilməsinə vəsait toplamağa imkan verər”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti