Çin ABŞ-a kiberhücumlar etməsi ilə bağlı iddiaları təkzib edib

Dünya xəbərləri Materials 27 Avqust 2026 14:44 (UTC +04:00)
Çin ABŞ-a kiberhücumlar etməsi ilə bağlı iddiaları təkzib edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çin ABŞ-nin dövlət qurumlarına və kritik infrastruktura qarşı irimiqyaslı kiber hücumlarda iştirak etməsi ilə bağlı ABŞ-nin ittihamlarını rədd edir.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bildirib.

“Çin siyasi məqsədlərlə yalan məlumatların yayılmasına qəti şəkildə qarşıdır. ABŞ tərəfinin sözügedən bəyanatı lazımınca sübutlarla təsdiqlənmir”, – deyə o bildirib.

Lin Tsyan həmçinin qeyd edib ki, rəsmi Pekin Vaşinqtonun kibertəhlükəsizlik sahəsindəki problemlərə görə məsuliyyəti Çinin üzərinə qoymaq cəhdlərinə qarşı çıxır.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi kritik infrastruktur və məxfi məlumatların saxlandığı şəbəkələrə hücumlar üçün istifadə edilən domenlərin müsadirə edildiyini açıqlayıb. Vaşinqtonun iddiasına görə, hədəflər arasında NASA, Federal Ehtiyat Sistemi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə və Sosial Xidmətlər Nazirliyi, Milli Səhiyyə İnstitutları və ABŞ Senatı olub.

ABŞ Ədliyyə Nazirliyi həmçinin iddia edir ki, Çinlə əlaqəli olduğu bildirilən QTFY qrupu kompüter sistemlərinin sındırılması üzrə xidmətlər göstərib. Bu xidmətlərdən, o cümlədən Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi və Çin Xalq Azadlıq Ordusunun istifadə etdiyi bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti