“Arsenal” Nelsonla yollarını ayırıb

İdman Materials 28 Avqust 2026 03:23 (UTC +04:00)
“Arsenal” Nelsonla yollarını ayırıb

Bakı. Trend:

İngiltərənin “Arsenal” futbol klubunun hücumçusu Ris Nelson komandadan ayrılıb.

Tərəflər müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.

“Arsenal”ın yetirməsi olan 26 yaşlı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulmuşdu. Anlaşmada müqavilənin müddətini 2028-ci ilə qədər uzatmaq imkanı da yer alırdı.

Qeyd edək ki, Nelson 2007-ci ildən “Arsenal”ın sistemində idi. O, London təmsilçisi ilə İngiltərə Kubokunu və iki dəfə İngiltərə Superkubokunu qazanıb.

Xəbər lenti

Xəbər lenti