Dassault şirkətinin yeni Rafale qırıcısı 2035-ci ilə qədər hazır ola bilər

Dünya xəbərləri Materials 27 Avqust 2026 03:12 (UTC +04:00)

Bakı. Trend:

Fransanın müdafiə şirkəti Dassault qırıcı təyyarə Rafale-in modernləşdirilməsi çərçivəsində F5 standartının hazırlanmasını 2035-ci ilə qədər başa çatdırmağı planlaşdırır. Bu barədə Dassault şirkətinin baş direktoru Erik Trappye BFM Business telekanalının efirində bildirib.

“Bu gün biz Rafale F5 adlanan bu superqırıcı üzərində işləyirik. Artıq bu standartın ətraflı layihələndirilməsi ilə məşğuluq. Təqdimetmə müddəti 2033-2035-ci illər arasındadır”, - deyə o bildirib.

Trappye əlavə edib ki, təyyarə “Fransa tərəfindən Fransa Silahlı Qüvvələrinin ehtiyacları nəzərə alınmaqla” hazırlanır və onun işlənib hazırlanmasında heç bir xarici şirkət iştirak etmir. Bununla belə, o, 2035-ci ildən sonra bu təyyarənin ixrac üçün təklif oluna biləcəyini istisna etməyib.

Aprel ayında La Tribune qəzeti BƏƏ-nin əməkdaşlıq şərtlərindən narazı olduğu üçün modernləşdirilmiş Fransanın Rafale F5 qırıcısının hazırlanması proqramında iştirakdan imtina etdiyini yazmışdı. Nəşrin məlumatına görə, Əmirliklər genişmiqyaslı əməkdaşlığa ümid etsə də, Fransa tərəfi, xüsusilə optik-elektron vasitələr sahəsində, layihənin hazırlanması ilə bağlı məxfi məlumatları bölüşməyə hazır olmayıb.

Xəbər lenti

Xəbər lenti