Bakı.Trend:
Çərşənbə günü Hörmüz boğazında tankerə hücum olub. Naməlum mərminin gəminin göyərtəsində tuş gəlməsi nəticəsində yanğın meydana gəlib.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində hər hansı can itkisi qeydə alınmayıb, bütün heyət üzvləri sağ-salamatdır və ətraf mühitə hər hansı zərər dəyməyib.
Tankerdə hansı yanacağın daşındığı və gəminin hansı ölkənin bayrağı altında üzdüyü aydınlaşdırılmır.
UKMTO-nun bildirdiyinə görə, aidiyyəti qurumlar hücumla bağlı insidenti araşdırır. Təşkilat ticarət gəmilərinə Hörmüzün yaxın çevrəsindən üzərkən yüksək dərəcədə sayıq olmayğı və hər hansə şübhəli fəaliyyətlərlə bağlı dərhal aidiyyəti qurumları məlumatlandırmağı tövsiyə edib.
