Bakı. Trend:
Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin yekun planlaşdırma konfransı başa çatıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, üçtərəfli hərbi əməkdaşlıq planına əsasən təşkil olunan konfransda təlimin ssenarisi, taktiki tapşırıqlar, eləcə də iştirakçı heyətin logistik və hərtərəfli təminat məsələləri razılaşdırılıb.
Təlimin əsas məqsədi mümkün təhdidlərə qarşı birgə mühafizə
tədbirlərinin planlaşdırılması, regionun strateji əhəmiyyətli
iqtisadi və enerji infrastrukturlarının, nəqliyyat dəhlizlərinin,
eləcə də digər beynəlxalq layihələrin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə hərbi bölmələr arasında qarşılıqlı fəaliyyət
imkanlarının artırılmasıdır.
Konfransın sonunda təlim tapşırıqları razılaşdırıldığı və təlimə
hazırlıq mərhələsinin tamamlandığı bildirilib, yekun protokol
imzalanıb.
