İranın nüvə obyektlərini bərpa etməkdə olduğuna dair tutarlı sübut yoxdur – BAEA rəhbəri

Dünya xəbərləri Materials 27 Avqust 2026 16:57 (UTC +04:00)
İranın nüvə obyektlərini bərpa etməkdə olduğuna dair tutarlı sübut yoxdur – BAEA rəhbəri
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ və İsrailin hücumlarından sonra İranın nüvə obyektlərini yenidən qurmaqda olduğuna dair “tutarlı sübut” yoxdur.

Bunu Beynəlxalq Atom Enerji Agentliyinin rəhbəri Rafael Qrossi Argentinanın “Clarin” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, müharibə səbəbindən Tehranın nüvə proqramı ilə bağlı danışıqlar hələ də dalana dirənib. O əlavə edib ki, İranda olan təxminən 440 kq çəkidə yüksək zənginləşdirilmiş uran ötənilki 12 günlük müharibə zamanı olduğu yerdə qalmaqdadır.

“Obyektlərə ciddi ziyan dəyib. Ola bilsin ki, onlar bəzi infrastrukturlarını yenidən qurmağa başlayıblar, bunu inkar etmək olmaz. Lakin bunun belə olduğunu göstərən tutarlı sübut yoxdur. Buna görə də məsələ hələ də ciddi və həll olunmamış problem olaraq qalmaqdadır”, – Qrossi bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti