“Qarabağ” FK-nın oyununa görə metronun iş rejimi dəyişdirilir

Gündəm Materials 27 Avqust 2026 15:29 (UTC +04:00)
“Qarabağ” FK-nın oyununa görə metronun iş rejimi dəyişdirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.

”Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti