Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 27 Avqust 2026 21:38 (UTC +04:00)
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı. Trend:

Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:

- Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində - avqustun 27-si saat 22:00-dan;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində - avqustun 27-si saat 22:00-dan;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində - avqustun 28-i saat 20:00-dan;

- Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində - avqustun 28-i saat 20:00-dan;

- Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsində - avqustun 31-i saat 16:00-dan.

Xəbər lenti

Xəbər lenti