Bərdədə avtomobil yaşayış evinə çırpılıb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 27 Avqust 2026 18:12 (UTC +04:00)
Bərdədə avtomobil yaşayış evinə çırpılıb, 3 nəfər xəsarət alıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən yaşayış evinə çırpılıb. Qəza nəticəsində evin divarının bir hissəsi dağılıb.

Hadisə zamanı evdə olan 3 nəfər – İsmayılzadə Sevinc, İsmayılzadə Xədicə və İsmayılzadə Günel müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti