"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək

İdman Materials 28 Avqust 2026 06:19 (UTC +04:00)
"Real" müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək

Bakı. Trend:

İspaniyanın "Real" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

La Liqa nəhəngi "Qranada"da çıxış edən Oskar Naaseinin keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real" qanalı futbolçu üçün onun klubuna 2 milyon avro təzminat ödəyəcək. 21 yaşlı mərkəz müdafiəçisi ilkin mərhələdə "kral klubu"nun B komandasında çıxış edəcək.

Qeyd edək ki, Oskar Nassei 2023-cü ilin yayından "Qranada"da çıxış edir. Qana millisinin üzvü 2025/26 mövsümündə II La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti