Şükürbəyliyə köçən ailələrə evlərinin açarları təqdim olundu (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Xəbər 28 Avqust 2026 12:38 (UTC +04:00)
Şükürbəyliyə köçən ailələrə evlərinin açarları təqdim olundu (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Bu gün növbəti köç karvanı ilə Cəbrayılın Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə (86 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

xxx
11:54

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər yola salınıb.

Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti