Uolts ABŞ-nin Kanada ilə ticarət danışıqlarında irəli sürdüyü tələbləri açıqlayıb

Dünya xəbərləri Materials 28 Avqust 2026 07:41 (UTC +04:00)
Uolts ABŞ-nin Kanada ilə ticarət danışıqlarında irəli sürdüyü tələbləri açıqlayıb

Bakı. Trend:

ABŞ administrasiyası Kanada ilə aparılan ticarət danışıqları çərçivəsində Ottavadan Çin məhsullarının Kanada ərazisindən tranzit yolu ilə ABŞ bazarına daxil olmasının qarşısını almaq məqsədilə Çinə tətbiq olunan tariflərin artırılmasını istəyib.

Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Fox News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqton Kanadaya tariflər sahəsində ən əlverişli ölkə statusunun verilməsi müqabilində digər ticarət tərəfdaşları ilə müqayisədə daha sərfəli şərtlər təklif etməyə hazır olduğunu bildirib. Bununla yanaşı, ABŞ tərəfi Çinin Kanada üzərindən tranzit imkanlarından istifadə edərək ABŞ bazarına böyük həcmdə məhsul çıxarmasına yol verilməməsini tələb edib.

Uoltsun sözlərinə görə, bu məqsədlə Kanada Çindən idxala tətbiq etdiyi tarifləri artırmalıdır.

ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton eyni tələbi Meksikaya da təqdim edib və Meksika hökuməti bu təkliflə razılaşıb.

Xəbər lenti

Xəbər lenti