Ötən gün 85 cinayətin üstü açılıb

Hadisə Materials 28 Avqust 2026 14:20 (UTC +04:00)
Ötən gün 85 cinayətin üstü açılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 27-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 3,9 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Həmçinin, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti