Avropa özünü ən pis ssenariyə hazırlamalıdır – Tusk

Dünya xəbərləri Materials 29 Avqust 2026 14:18 (UTC +04:00)
Avropa özünü ən pis ssenariyə hazırlamalıdır – Tusk
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qarşıdakı 7-8 ay Ukrayna, Polşa və bütövlükdə Avropanın təhlükəsizliyi üçün ən kritik aylar olacaq.

“Rzeczpospolita” nəşrinin məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

“Biz özümüzü müxtəlif variantlara hazırlamalıyıq və bu, tam dəqiqdir ki, qarşıdakı 7-8 ay kritik olacaq. Rusiya-Ukrayna müharibəsi dönüş nöqtəsindədir”, -deyə o əlavə edib.

Tuskun sözlərinə görə, bir gün Avropadan münaqişəni izləyənlərə elə görünə bilər ki, Ukrayna müəyyən strateji üstünlük əldə edir, “iki gün sonra isə məlum olur ki, bu müharibədə məğlub olmaq riskləri də kifayət qədər realdır”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti