Bakı. Trend:
“YAŞAT” Fondunun və PAŞA Holding-in birgə təşkilatçılığı, AZAL-ın dəstəyi ilə altıncı dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır. Belə ki, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.
Respublikanın bütün ərazisi üzrə 950-dən çox şəhidin 1600-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. Ümumilikdə məktəblilərin 850 nəfərə qədəri oğlan, 740 nəfərə qədəri isə qızdır.
Layihə hazırda davam edir və hədiyyə qutularının şəhid övladlarına çatdırılması mərhələli şəkildə həyata keçirilir.