"Bavariya" Bundesliqanın 1-ci turunda "Ştutqart"ı 5:1 hesabı ilə darmadağın edib

İdman Xəbər 29 Avqust 2026 00:28 (UTC +04:00)
"Bavariya" Bundesliqanın 1-ci turunda "Ştutqart"ı 5:1 hesabı ilə darmadağın edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Bundesliqasının 2026/2027 mövsümünün açılış oyununda Münhen "Bavariya"sı ilə «Ştutqart» qarşılaşıblar. "Arena Münhen" stadionunda keçirilən oyunun baş hakimi Sören Ştorks olub. Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə "Bavariya"nın müdafiəçisi Dayot Upamekano hesabı açıb. İkinci hissənin əvvəlində "Ştutqart"ın müdafiəçisi Yoşa Vanyoman hesabı bərabərləşdirib. 55-ci dəqiqədə Maykl Olise meydan sahiblərini yenidən önə keçirib. 57-ci dəqiqədə Yoşa Vanyoman bu dəfə avtoqol müəllifi olub. 82-ci dəqiqədə Aleksandar Pavloviç Münhen təmsilçisinin üstünlüyünü artırıb. Yekun hesabı 90+2-ci dəqiqədə "Bavariya"nın hücumçusu Luis Dias müəyyən edib.

Bundesliqanın 2-ci turunda "Bavariya" sentyabrın 5-də "Şalke-04"lə, "Ştutqart" isə sentyabrın 4-də "Köln"lə qarşılaşacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti