SOCAR-ın Qaz İxrac İdarəsinin yanvar-iyul ayları üzrə ixrac gəlirləri açıqlanıb

Energetika Materials 28 Avqust 2026 14:48 (UTC +04:00)
SOCAR-ın Qaz İxrac İdarəsinin yanvar-iyul ayları üzrə ixrac gəlirləri açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

SOCAR-ın Qaz İxrac İdarəsinin ixrac gəlirləri açıqlanıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin avqust buraxılışında dərc olunan “İxrac icmalı”na əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin ixrac gəlirləri 7,7 milyon ABŞ dolları təşkil edib.

Buraxılışdakı məlumatlara görə, bu göstərici 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə təqribən 29,4 milyon ABŞ dollar və ya 79,2 faiz azdır.

Qeyd edək ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. Siyahıda daha sonra “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “AzərAlüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC (AZAL), SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “SOCAR-CAPE” MMC yer alır.

Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransının kuluarlarında Trend-ə özəl müsahibəsində bildirib ki, şirkət beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirməyə davam edir və istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələr həyata keçirir.

"SOCAR öz aktivlərinin ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın səmərəliliyinin artırılması, həmçinin məhsullarının ixrac imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə investisiya yatırmağa davam edir", – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti