Bakı. Trend
İsrailin Şin Bet (Şabak) təhlükəsizlik xidməti bu ölkənin Baş naziri Binyamin Netanyahunun oğlu Yair Netanyahunu sui-qəsd təhlükəsi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarından (ABŞ) təcili təxliyə edib.
Bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Bildirilib ki, Yair Netanyahuya ciddi zərərvurma riski olub. Bu hal nəzərə alınaraq, vəziyyət qiymətləndirildikdən sonra onun təcili olaraq təhlükəsizlik xidməti ilə birlikdə İsrailə geri göndərilməsi qərara alınıb.
Vurğulanıb ki, Yair Florida ştatını mühafizəçilərlə birlikdə tərk edib. “O, əşyalarını belə, götürməyib. Yair hazırda İsraildədir”, - deyə məlumatda diqqətə çatdırılıb.
: