2028-ci il cüdo üzrə dünya çempionatına İsveçrə ev sahibliyi edəcək

İdman Materials 29 Avqust 2026 19:56 (UTC +04:00)
2028-ci il cüdo üzrə dünya çempionatına İsveçrə ev sahibliyi edəcək

Bakı. Trend:

2028-ci ildə cüdo üzrə dünya çempionatı İsveçrənin Lozanna şəhərində təşkil olunacaq.

Bu barədə Beynəlxalq Cüdo Federasiyası (BCF) məlumat yayıb.

Bildirilir ki, dünya çempionatının İsveçrədə keçirilməsi ilə bağlı razılaşma BCF ilə İsveçrə Cüdo Federasiyası arasında imzalanıb.

İsveçrə Cüdo Federasiyasının prezidenti Sergey Aşvanden ölkəsinə göstərilən etimadı həm böyük şərəf, həm də ciddi məsuliyyət kimi qiymətləndirib. Onun sözlərinə görə, 2026 və 2027-ci illərdə keçiriləcək Böyük Dəbilqə yarışlarından sonra 2028-ci il dünya çempionatı İsveçrədə cüdonun daha da inkişaf etdirilməsi üçün mühüm imkan yaradacaq.

Aşvanden bildirib ki, məqsəd yarışın Lozanna şəhərinin, Vo kantonunun və bütövlükdə İsveçrə cüdosunun tarixində əhəmiyyətli və yaddaqalan iz buraxmasını təmin etməkdir.

Xatırladaq ki, böyüklər arasında cüdo üzrə 2026-cı il dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək. 2027-ci ildə isə dünya çempionatına Qazaxıstan ev sahibliyi edəcək.

Xəbər lenti

Xəbər lenti