199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir

Cəmiyyət Materials 31 Avqust 2026 12:17 (UTC +04:00)
199 nömrəli marşrutun bütün avtobusları dəyişdirilir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonu, Nemət Quliyev küçəsini (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) ilə əlaqələndirən 199 nömrəli müntəzəm marşrutun bütün avtobusları dəyişdirilir.

Bu barədə Azərbaycab Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-dən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilən “İveco” markalı avtobuslarla əvəzlənəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti