Bakı.Trend:
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkə arasında əbədi dostluq və mehriban qonşuluq haqqında saziş imzalayıblar.
Bu barədə “24.kg” məlumat yayıb.
Japarov bildirib ki, bu sənəd iki dövlət arasında hərtərəfli strateji tərəfdaşlığın gələcəkdə keyfiyyətcə inkişafı üçün möhkəm zəmin yaradacaq.
Qeyd edək ki, Si Cinpin dövlət səfəri çərçivəsində Qırğızıstanda səfərdədir. Burada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı keçirilir. Tədbirin gündəliyinə regional təhlükəsizliyin gücləndirilməsi, terrorizm və narkotiklərlə mübarizə, rəqəmsallaşma və süni intellekt sahəsində əməkdaşlıq məsələləri daxildir.
