Bulvarda klassik avtomobillərin sərgisi keçirilir (FOTO)

Cəmiyyət Materials 30 Avqust 2026 14:36 (UTC +04:00)
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb.

Klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.

Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.

Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi bir qədər sonra klassik avtomobillərin yürüşü ilə davam edəcək.

Paytaxtın əsas küçə və prospektindən keçən yürüş Sea Breeze ərazisində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti